Haqqımızda Reklam
13 
Avq
2022
11:12
67
12
2150

Müsəlmanların hiddətinə səbəb olan Salman Rüşdi Nyu-Yorkda bıçaqlanıb

Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda “Chautauqua” İnstitutunda mühazirəsindən əvvəl hücuma məruz qalıb. 24News.ge xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Nəşrin məlumatına görə, naməlum şəxs səhnəyə çıxaraq Ruşdini çıxışına başlamamış döyməyə başlayıb və onu bıçaqlayıb. Hücum edən şəxs saxlanılaraq istintaqa cəlb olunub. Qeyd edək ki, S.Ruşdi Hindistanın Bombey (indiki Mumbay) şəhərində anadan olub. Yazıçının “Şeytan ayələri” romanı müsəlmanların şiddətli etirazına səbəb olub. İranın dini lideri Ayətullah Xomeyni fətvasında Ruşdini açıq şəkildə lənətləyərək onu, o cümlədən kitabın nəşrində iştirak edən bütün şəxsləri ölüm hökmünə məhkum edib və dünya müsəlmanlarını bunu yerinə yetirməyə çağırıb. Məlumat üçün bildirək ki, yazıçı 2016-cı ildə 2000-ci ildən yaşadığı ABŞ vətəndaşlığını alıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989