Haqqımızda Reklam
12 
Avq
2022
12:16
8
20
931

Talakvadze: "Radikal partiyaları başqa müxalifət partiyaları ilə əvəz edəcəyik"

"Biz islahatları davam etdirmək və radikal partiyaları başqa müxalifət partiyaları ilə əvəz etmək üçün hər şeyi edəcəyik". 24News.ge xəbər verir ki, bu barədə parlamentin vitse-spikeri Arçil Talakvadze, jurnalistlərə Zurab Caparidzenin bəyanatını cavablandırarkən deyib. Talakvadzenin sözlərinə görə, Gürcüstan “küçə siyasətinə” qayıtmayacaq: “Bir şey aydındır ki, ölkəmizdə küçə siyasətinə üstünlük verən radikal müxalifət də, Avropa, parlamentin nəticəyönümlü siyasətini dəstəkləyən müxalifət partiyaları da var. Ölkəmizin hansına ehtiyacı olduğuna gəlincə, məncə cavab aydındır. Gürcüstan heç vaxt küçə siyasətinə və sabitliyin pozulmasına qayıtmayacaq. Biz hökumət olaraq demokratik islahatları davam etdirmək və radikal anti-sistem, antidemokratik partiyaları cəmiyyətimizin növbəti seçkilərdə seçəcəyi digər müxalifət partiyaları ilə əvəz etmək üçün hər şeyi edəcəyik”, - deyə Talakvadze bildirib. Xatırladaq ki, “Girçi" partiyasının lideri Zurab Caparidze fəaliyyət planını təqdim edib. O, planında bildirib ki, sentyabr ayından hökumət növbədənkənar seçkilər keçirməyə gedənə qədər tərəfdaşları ilə bütün ölkədə itaətsizlik etirazları keçirəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989