Haqqımızda Reklam
10 
Avq
2022
14:51
17
42
4241

Texniki baxışdan keçməyən avtomobillərin cərimələri artırılacaq

Artıq dörd ildir ki, Gürcüstanda avtomobillərin icbari texniki baxışdan keçirilməsi ilə bağlı islahatlar aparılır. 24News.ge xəbər verir ki, ölkədə bir milyon yarıma yaxın avtomobil qeydiyyatdadır və 2021-ci ilin məlumatlarına görə, 732 minə qədər avtomobil texniki baxışdan keçib. Məlumata əsasən, müəyyən sayda nəqliyyat vasitəsi texniki baxışdan keçmədən yollarda hərəkət edir. Bununla yanaşı bəzi sürücülər avtomobili texniki baxışdan keçirməkdənsə, 50 lari cərimə ödəməyə üstünlük verir. Əldə etdiyimiz məlumatlara görə, 200 minə yaxın avtomobil texniki baxışdan keçirilmədən idarə olunur. Payızda parlamentə təqdim olunan və müzakirəyə çıxarılacaq qanun layihəsinə əsasən, cərimə üçün 50 lari qüvvədə qalsa da, lakin ikinci cərimə 150 lari, üçüncü cərimə isə 300 lari məbləğində artırılacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989