Haqqımızda Reklam
10 
Avq
2022
13:25
13
28
3984

Gürcüstanda və qonşu ölkələrdə yanacağın qiyməti nə qədərdir? - (MÜQAYİSƏ)

Dünya bazarında xam neftin qiyməti 120 dollar/barelə çatdıqdan sonra qiymət tədricən aşağı düşüb. Bu gün Brent markalı neftin qiyməti 98 dollara, WTI markalı neft isə 92 dollara qədər enib. 24News.ge xəbər verir ki, neftin qiymətinin qalxıb-enməsi ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yanacağın qiyməti də dəyişir. “Globalpetrolprices”in məlumatına görə, regionda ən ucuz yanacaq Azərbaycandadır, burada benzinin orta qiyməti 0,59 dollar (1,59 lari), dizelin qiyməti isə 0,47 dollar (1,26 lari) təşkil edir. Siyahıda Azərbaycandan sonra Rusiya gəlir. Rusiyada 1 litr benzinin orta qiyməti 0,82 dollar (2,21 lari), dizel 0,85 dollar (2,29 lari) təşkil edir. Ermənistanda adi benzin orta hesabla 1,23 dollar (3,31 lari), dizelin orta qiyməti isə 1,21 dollar (3,25 lari) təşkil edir. Türkiyədə 1 litr benzinin orta qiyməti 1,25 dollara (3,36 lari), dizelin qiyməti isə 1,38 dollara (3,71 lari) çatır. Gürcüstana gəlincə, avqustun 9-da ölkənin markalı yanacaqdoldurma məntəqələrində adi benzinin orta qiyməti 3,68 lari, dizelin isə 4,55 laridir. Bu məlumatlara əsaslansaq, məlum olur ki, yanacaq qonşu ölkələr arasında Gürcüstanda ən bahadır. Azərbaycan və Rusiya hasil edən ölkələr olsa da, yanacaq istehsal etməyən Türkiyə və Ermənistanda Gürcüstandan daha ucuzdur. Qeyd edək ki, Gürcüstanda yanacağın qiymətinə əsasən aksiz və ƏDV vergiləri təsir edir. Gürcüstanda benzinin aksiz vergisi 2017-ci ildən iki dəfə artıb. Bu ilə qədər aksiz rüsumu hər ton üçün 250 lari idisə, yanvarın 1-dən 500 lariyə yüksəlib. Gürcüstanda əlavə dəyər vergisi 18% təşkil edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989