Haqqımızda Reklam
06 
Avq
2022
10:01
32
6
1184

Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yola dislokasiya olunacaqlar

"Azərbaycan tərəfindən Laçın dəhlizinə alternativ yolun inşası başa çatmaq üzrədir". 24News.ge xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında bildirib. Dövlət başçısı üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən Laçın dəhlizinə alternativ yeni yolun marşrutunun müəyyən edildiyini, Azərbaycan tərəfindən bu yolun inşasının yekunlaşmaq üzrə olduğunu və yolun tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin də həmin yola dislokasiya olunacağını vurğulayıb. Qeyd edək ki, hazırda Laçın dəhlizi Laçın rayonunun daxilindən keçir, yeni çəkilən yol isə Laçın rayonunun mərkəzindən kənardan keçəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989