Haqqımızda Reklam
06 
Avq
2022
05:28
73
10
2506

Marneulidə evi yanan yoxsul ailə üçün yardım kampaniyası başladılıb

Ötən gün, Marneuli Bələdiyyəsinin Əzizkənd kəndində aztəminatlı ailənin yaşayış evi yandıqdan sonra, vətəndaşlar ev sahibinə dəstək məqsədi ilə yardım kampaniyasına başlayıblar. 24News.ge xəbər verir ki, bu barədə Algeti məscidinin axundu Mahir Quliyev "facebook" səhifəsində məlumat paylaşıb. O bildirib ki, ailə bir neçə müddətdir fəhləlik edərək ev inşa etmək üçün bir miqdar pul toplayıbmış, lakin evə alov düşdüyü zaman evdə olan bütün əşyalarla birgə sözügedən məbləğdə yanaraq kül olub. Din xadimi vətəndaşları çıxılmaz vəziyyətdə olan ev sahibinə köməy etməyə çağırıb. O, bildirib ki, bunun üçün artıq yardım kampaniyası başladılıb. Xeyirsevər insanlar aşağıda qeyd olunan bank hesabına istənilən məbləği köçürə bilərlər. Gorarxı Xeyriyyə Fondunun hesabı: GE85BG0000000161224144 Tel: +995 577 07 29 35

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989