Haqqımızda Reklam
05 
Avq
2022
22:48
89
6
1282

Amiran Qamkrelidze vəzifədən gedir...

Xəstəliklərə Milli Nəzarət Xidmətinin rəhbəri Amiran Qamkrelidze tutduğu vəzifəni tərk edir. 24News.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Zurab Azaraşvili məlumat verib. Nazir bildirib ki, bu barədə artıq Qamkrelidze ilə müzakirə aparılıb: "Amiran bəy ilə dünən söhbətimiz baş tutdu. Onun ölkə və xalq qarşısında böyük xidmətləri olub. O, Xəstəliklərə Milli Nəzarət Xidmətinin rəhbəri vəzifəsini icra edirdi. Bu barədə məlumatı təsdiq edə bilərəm ki, dünən onun vəzifədən getməsi barəsində söhbətimiz oldu. Amiran Qamkrelidze yaxın günlərdə bununla bağlı Nazirliyə rəsmi şəkildə müraciət edəcək. Onun vəzifəsini isə səhiyyə nazirinin müavini Tamar Qabunia icra edəcək. Hazırkı mərhələdə Qabunia səlahiyyətlərin icraçısı olacaq", - deyə nazir bildirib. Z.Azaraşvilinin sözlərinə görə, Amiran Qamkrelidze tutduğu vəzifəni öz istəyi ilə tərk edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989