Haqqımızda Reklam
05 
Avq
2022
18:34
7
37
1306

“Gürcü Arzusu” liderləri Kvemo Kartlidə görüş keçirib (FOTO)

“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze, icraçı katib Mamuka Mdinaradze və regional katib Dimitri Samxaradze Kvemo Kartlidə partiyanın yerli təşkilatlarının rəhbərləri, bələdiyyə merləri və Sakrebulo sədrləri ilə görüş keçiriblər. 24News.ge xəbər verir ki, bu barədə hakim partiyanın mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Rustavidə baş tutan görüşdə çoxluğun üzvləri Qoqi Meşveliani, Zaur Darğali, İrakli Şatakişvili, Savalan Mirzəyev və Kvemo Kartli regionunun dövlət nümayəndəsi Giorgi Doxturişvili də iştirak ediblər. Qeyd olunur ki, iclasda partiya liderləri daxili və siyasi məsələlərdən danışıblar, xarici siyasi prosesləri və ortamüddətli planları müzakirə ediblər. Qeyd edək ki, artıq Kutaisi, Kaxeti, Sameqrelo-Zemo Svaneti, Samtsxe-Cavaxeti, Mtsxeta-Mtianeti, Şida Kartli, Raça-Leçxum-Kvemo Svaneti, Acarıstan və Quriyanın yerli təşkilatlarının rəhbərləri və bələdiyyə sədrləri ilə regional görüşlər keçirilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989