Haqqımızda Reklam
02 
Avq
2022
21:26
36
11
2104

Talakvadze Medvedevin paylaşımına cavab verdi: "Gürcüstanın 5 000 illik tarixi var"

"Gürcüstanın 5 000 illik mövcudluq tarixi var və bunu heç kim dəyişə bilməz". 24News.ge xəbər verir ki, bu barədə hakim partiyanın aparıcı üzvlərindən olan Arçil Talakvadze, Dimitri Medvedevin sosial media hesabı vasitəsilə paylaşılan statusuna cavab olaraq bildirib. O deyib ki, Rusiya Gürcüstan ərazisinin qanunsuz işğalını davam etdirir: "Gürcüstanın 5 000 illik mövcudluq tarixi var və bunu heç kim dəyişə bilməz. Təhlükələr və çətinliklərlə dolu bir vaxtda, çətin bir regionda yerləşirik. Bütün istiqamətlərdən Gürcüstanın sabitliyinə konkret təhlükələr meydana çıxır. Rusiya Gürcüstan ərazisinin qanunsuz işğalını davam etdirir. Biz isə ərazi bütövlüyümüzü qorumaq və uzunmüddətli sabitlik üçün beynəlxalq prinsiplərə sadiq şəkildə mübarizəmizi davam etdiririk. Bu bizim hakimiyyətimizin bir nömrəli tapşırığıdır", - deyə Talakvadze əlavə edib. Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin "VKontakte" sosial şəbəkəsində Gürcüstan Rusiyanın tarixi hissəsi kimi qeyd olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989