Haqqımızda Reklam
01 
Avq
2022
12:27
26
14
5064

Gürcüstanda olan avtomobillərin sayı açıqlanıb...

Gürcüstanda qeydiyyatda olan avtomobillərin 83,2%-nin istehsal tarixi 10 ildən yuxarıdır. 24News.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsindən bildirilib. Məlumata əsasən, 2021-ci ildə Gürcüstanda ümumilikdə 1 477 293 nəqliyyat vasitəsi qeydiyyata alınıb. Bunlardan 1 milyon 254 min 851-i minik avtomobili, 107 min 983-ü yük avtomobili, 54 min 684-ü avtobus və ya mikroavtobus, 59 min 775-i isə xüsusi təyinatlı avtomobillərdir. Statistika İdarəsinin məlumatına görə, yüngül avtomobillərin böyük hissəsi paytaxtda qeydiyata alınıb. Belə ki, ölkə üzrə ilk üçlükdə Tbilisidə 448,8 min, İkinci İmeretidə - 175,2 min, Kvemo Kartlidə isə 125,3 min avtomobil qeydiyata alınıb. Sayca ən az yüngül avtomobil Raça-Leçxumi və Kvemo Svanetidə, ümumilikdə 8,5 min avtomobil qeydə alınıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989