Haqqımızda Reklam
18 
Iyl
2022
08:44
25
2
904

Tbilisidə "Qədir-xum" bayramı münasibətilə mərasim baş tutub (FOTO)

İmamlar atası hesab olunan Həzrət İmam Əlinin (ə) imamət məqamına təyin olunduğu gün, "Qədir-xum" bayramı ilə əlaqədar Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində yerli və ətraf məntəqələrdən dəvət olunan inanclı müsəlmanların iştirakı ilə mərasim təşkil olunub. 24News.ge xəbər verir ki, məscidin həyətində təşkil olunan mərasim “Əhli-beyt” məscidinin axundu Hacı Rahidin Qurani-Kərimdən ayələrin tilavəti və giriş sözü ilə başlayıb. Daha sonra şeir və ilahilər sədaları altında keçirilən mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin Kvemo Kartli üzrə nümayəndəsi Hacı Qurban Murquzov çıxış edib. Onlar “Qədir-xum” bayramının mənası, tarixi həqiqəti, əhəmiyyəti və önəmindən danışıb Peyğəmbərimizin (s) son və önəmli sifariş və vəsiyyətini müsəlmanlara xatırladıblar. Gürcüstanlı məddah Səid Həsənin və azyaşlı uşaqların ifa etdiyi şeir və ilahilərlə davam edən mərasim İmam Zaman (ə) duası oxunmaqla sona çatıb. Mərasim sonrası tədbir iştirakçıları bayram süfrəsinə dəvət olunublar. Qeyd edək ki, bu günlər Gürcüstanın bir çox bölgələrində, rayon və kəndlərdə, məscidlərdə dinimizin kamil olduğu və İlahi nemətin tamamlandığı gün olan "Qədir-xum" bayramı ilə əlaqədar mərasimlər təşkil olunur.

www.24news.ge