Haqqımızda Reklam
01 
Iyl
2022
12:28
22
8
1472

Marneuli və Hucabi Yeparxiyasına 400 min larinin ayrılması ilə bağlı qərarı məhkəmə ləğv edib

1 iyul tarixində Bolnisi Rayon Məhkəməsində Marneuli meriyasının 2020-2021-ci illərin büdcəsindən Marneuli və Hucabi Yeparxiyasına ayrılmış vəsaitlə bağlı növbəti məhkəmə iclası keçirilib. 24News.ge xəbər portalına "Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi"nin sədri Mirtəqi Əsədov bildirib ki, ictimai fəal Samirə Bayramova ilə birgə edilən şikayət məhkəmə tərəfindən təmin edilib. Onun sözlərinə görə, Bolnisi Məhkəməsinin qərarı ilə Marneuli meriyası tərəfindən Marneuli və Hucabi Yeparxiyasına ayrılmış 400 min lari ləğv olunub. M. Əsədov qeyd edib ki, Marneuli bələdiyyəsinin büdcəsindən hər il Marneuli və Hucabi Yeparxiyasına 400 000 larinin ayrılması ayrı-seçkilik, diskiriminasiya və dövlət prinsipinə zid hesab olunur. Onun sözlərinə görə, sözügedən məbləğin regionda mövcud olan digər bir sıra problemlərin həlli üçün xərclənməsi daha məqbuldur. Xatırladaq ki, 2021-ci ildə Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze, 2021-ci ilin yerli özünüidarə büdcəsindən Marneuli və Hucabi Yeparxiyasına 400 000 lari ayrıdlığını təsdiq etmişdi. Məhkəmədə iddiaçıları təmsil etmiş Sosial Ədalət Mərkəzindən bildirilib ki, əvvəlki illərdə olduğu kimi bu il də Marneuli və Hucabi yeparxiyası Marneuli bələdiyyəsinin büdcəsindən 400 min lari həcmində vəsait əldə edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989