Haqqımızda Reklam
28 
Iyn
2022
15:03
23
6
1073

Gürcüstan xarici ölkələrə buğda ixracına qadağa qoyub

Gürcüstan 2022-ci il iyulun 4-dən gələn il iyulun 4-dək ölkədən buğda və arpa ixracını qadağan edib. 24News.ge xəbər verir ki, bununla bağlı hökumət tərəfindən qərar qəbul edilib. Ekologiya və Kənd Təsərrüfatı Naziri Otar Şamuğiyanın sözlərinə görə, regiondakı vəziyyəti nəzərə alaraq, ərzaq təhlükəsizliyini təmin etmək üçün yerli istehsal olunan buğda və arpanın yalnız daxili bazarda satılması vacib məsələdir. Qeyd edək ki, 2021-ci ildə Gürcüstandan 2357 ton (612 min dollar dəyərində) arpa ixrac edilib. Ən böyük miqdar İraqa satılıb, bu 1 195 tondur (337,6 min dollar dəyərində). İkinci yerdə Türkiyə - 733 ton (169,3 min dollar), üçüncü yerdə isə Səudiyyə Ərəbistanı 159 ton (40,9 min dollar dəyərində) qərarlaşıb. Yerli buğda ixracına gəlincə, 2021-ci ildə Gürcüstandan 393 min dollar dəyərində 1557 ton buğda ixrac edilib. Gürcüstan buğdası əsasən 3 ölkəyə -Ermənistan - 1468 ton (365,4 min dollar), Türkiyə - 49,4 ton (16,7 min dollar), Ukraynaya isə 40 ton (10,8 min dollar) dəyərində satılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989