Haqqımızda Reklam
28 
Iyn
2022
13:58
22
6
1540

Candar qəsəbəsində yeni salınmış məhəllənin sakinləri bir sıra problemlərdən şikayətlənirlər

Marneuli şəhərinin Candar qəsəbəsində yeni salınmış məhəllənin sakinləri bir sıra problemlərdən əziyyət çəkdiklərini bildirirlər. Bununla bağlı məhəllə sakinləri Marneuli meriyası qarşısında keçirdikləri etiraz aksiyası zamanı 24News.ge xəbər portalına müsahibələrində bildiriblər. Onlar yeni salınmış məhlələrinə 2 ildir ki, küçə adı verilmədiyini, buna görə də şəxsi evlərinin qeydiyyatında problemlərlə üzləşdiklərini bildiriblər. Sakinlər həmçinin məhllənin yollarının da bərbad vəziyyətdə olduğunu, yağış yağan zaman isə yolların daha da pis vəziyyətə düşdüyünü, buna görə də uşaqların məktəbə getmələrində çətinlik çəkdiklərini deyirlər. Candar sakinləri bununla yanaşı, iki ildir ki, müraciət etmələrinə baxmayaraq, məhlələrinə hələ də təbii qazın çəkilmədiyini qeyd ediblər. Onların sözlərinə görə, seçki əvvəli məhəllələrinə küçə işıqları çəkilsə də, lakin seçkilərdən sonra geri sökülüb. Marneuli Bələdiyyəsinə gələn sakinlər onları heçkimin qəbul etmədiyini bildiriblər. Sakinlərin problemləri ilə "Vahid Milli Hərəkat" partiyasının Bələdiyyə Məclisindəki nümayəndəsi Nərgiz Əliyeva maraqlandığını, həlli üçün əllərindən gələn hər şeyi edəcəklərini bildirib. Qeyd edək ki, sakinlərin etiraz aksiyası ilə bağlı daha geniş reportaja axşam saat 21:00-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasiya buraxılışında baxa bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989