Haqqımızda Reklam
28 
Iyn
2022
13:22
23
15
878

"Ukraynanın NATO-ya daxil olması III Dünya Müharibəsinə səbəb ola bilər" - Dmitri Medvedev

"Ukraynanın NATO-ya daxil olması və gələcəkdə Krımı işğal etməyə cəhd edərsə bu, üçüncü dünya müharibəsinə səbəb ola bilər". 24News.ge xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O bildirib ki, Krım Rusiyanın bir hissəsidir: “Krım bizim üçün Rusiyanın bir hissəsidir. Krımı işğal etmək cəhdi ölkəmizə müharibə elanıdır və əgər NATO üzvü olan ölkə bunu edərsə, bu, bütün Şimali Atlantika Alyansı ilə münaqişədir, yəni üçüncü dünya müharibəsi. Bu, tam bir fəlakətdir", - deyə Medvedev bildirib. Onun sözlərinə görə, Rusiya İsveç və Finlandiyanın NATO-ya qoşulmasına qarşı deyil, lakin bu halda o, öz sərhədlərini möhkəmləndirməli və cavab addımlarına hazırlaşmalıdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989