Haqqımızda Reklam
27 
Iyn
2022
12:50
27
8
887

Ölkədə çörəyin qiymətində artım gözlənilmir...

"Çörəyin qiymətində yaxın vaxtlarda hər hansı artım gözlənilmir". 24News.ge xəbər verir ki, bu barədə Çörək Sənayesi İttifaqının sədri Malxaz Dolidze açıqlama verib. O bildirib ki, hazırda ölkədə un tədarükü ilə bağlı heç bir problem yoxdur: “İndi yeni məhsul yığımının vaxtıdır. Bundan əlavə, buğda və un xaricdən gətirilir, ona görə də hazırda çörəyin qiyməti artacaq deyə yayılan məlumatlar doğru deyil". Dolidzenin sözlərinə görə, bu il Gürcüstanda ötən illə müqayisədə 20% çox buğda yığılacağı gözlənilir: “Düzdür, hazırki durumda bu rəqəm azdır, amma bilmənizi istəyirəm ki, mövcud vəziyyət onu yaradıb ki, bir çox fermerlərimiz buğda yetişdirməyə başlayıb, ən yaxşı toxum materialına qayıdıblar. Bu, Gürcüstanda çox yaxşı tendensiyadır”, - deyə Dolidze çıxışında bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989