Haqqımızda Reklam
27 
Iyn
2022
12:02
23
7
3846

Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi fəaliyyətini dayandırıb

Çətin meteoroloji vəziyyətlə əlaqədar “Kazbegi” gömrük-keçid məntəqəsi fəaliyyətini müvəqqəti dayandırıb. 24News.ge xəbər verir ki, son günlər yağan intensiv yağışlar səbəbindən Terek çayının daşması nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib ki, gömrük-keçid məntəqəsində bütün gömrük nəzarəti prosedurları dayandırılıb. Həmçinin fiziki şəxslərin də dövlət sərhədini keçməsi mümkünsüz olub. Nazirlikdən bildirilib ki, hava şəraiti yaxşılaşdıqdan və bərpa işləri başa çatdıqdan sonra “Kazbeqi” gömrük-keçid məntəqəsi əvvəlki kimi tam gücü ilə fəaliyyətini davam etdirəcək, sərnişinlərin hərəkəti və yüklərin daşınması problemsiz həyata keçiriləcək. Qeyd edək ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş iş nəticəsində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Kazbegi” gömrük-keçid məntəqəsinin əməkdaşları və sərnişinlər mühafizə olunan/təhlükəsiz əraziyə köçürülüb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989