Haqqımızda Reklam
27 
Iyn
2022
11:41
19
4
849

Azərbaycanın Gürcüstandakı səfirliyi Marneulidə bədbəxt hadisə ilə bağlı başsağlığı yayıb

Azərbaycanın Gürcüstandakı səfirliyi Marneulidə yaşayış binasında iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə ilə bağlı başsağlığı verib. 24News.ge xəbər verir ki, bu barədə səfirliyin "facebook" səhifəsində qeyd olunub. Diplomatik nümayəndəliyin müraciətində deyilir: "26 iyun tarixində Marneuli şəhərinin mərkəzində beşmərtəbəli binada baş verən uçqun nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən kədərləndiyimizi bildirir, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq". Məlumat üçün bildirək ki, ötən gün Marneuli şəhəri Nərman Nərimanov küçəsindəki yaşayış binalarından birinin 5-ci mərtəbəsində eyvan uçub, nəticədə 3 nəfər xəsarət alıb 2 nəfər isə həlak olub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989