Haqqımızda Reklam
27 
Iyn
2022
10:58
40
4
4919

Marneulidə eyvanın uçması nəticəsində həlak olan hamilə qadının körpəsi xilas edilib

Marneulidə eyvanın uçması nəticəsində həyatını itirən hamilə qadının körpəsini həkimlər xilas edə biliblər. 24News.ge xəbər verir ki, klinikadan jurnalistlərə verilən məlumata görə, qeysəriyyə əməliyyatından sonra körpənin ürəyi dayanıb, lakin həkimlər onu xilas edə biliblər. “Körpənin ürək döyüntüsü qeydə alınıb və onu xilas etmək üçün dərhal əməliyyat olunub. Eyni zamanda qadına qarşı reanimasiya tədbirləri davam etdirilib və qeysəriyyə əməliyyatından sonra abort zamanı körpədə ürək dayanması olub, lakin aparılan reanimasiya tədbirləri nəticəsində uşaq sağ qalıb”, - deyə klinikadan bildirilib. Məlumat üçün bildirək ki, ötən gün Marneuli şəhəri Nərman Nərimanov küçəsindəki yaşayış binalarından birinin 5-ci mərtəbəsində eyvan uçub, nəticədə 3 nəfər xəsarət alıb 2 nəfər isə həlak olub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989