Haqqımızda Reklam
26 
Iyn
2022
13:59
18
11
750

Almaniyada G7 ölkələrinin sammiti başlayıb (FOTO)

Almaniyada "Böyük Yeddilik" (G7) ölkələrinin sammiti öz işinə başlayıb. 24News.ge TASS-a istinadən xəbər verir ki, sammitdə Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Kanada, İtaliya və Yaponiyanın dövlət və hökumət başçıları ilə yanaşı, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Şarl Mişel də iştirak edir. Sammitin ilk günündə üç işçi sessiya keçiriləcək, onlardan biri xarici və təhlükəsizlik siyasəti məsələləri, o cümlədən Ukraynadakı vəziyyət fonunda anti-Rusiya sanksiyaları və Moskvaya təzyiqlərin artırılması müzakirə olunacaq. Bundan əlavə, gündəliyə iqlim dəyişikliyi, makroiqtisadi vəziyyət, inflyasiya ilə mübarizə və investisiya əməkdaşlığı daxildir. Görüş antiqlobalistlərin və G7 əleyhdarlarının nümayişləri fonunda keçirilir. Ümumilikdə, sammit günlərində şəhərin ətrafında azı 17 nümayişin keçirilməsi planlaşdırılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989