Haqqımızda Reklam
24 
Iyn
2022
22:28
47
5
3370

Tbilisidə baş tutan genişmiqyaslı aksiyada hökumətə bir həftə vaxt verildi

"İrakli Qaribaşvili istefa verməli və qış gələnə qədər Avropa İttifaqının təqdim etdiyi 12 bəndin hamısını yerinə yetirəcək hökuməti milli razılıqla qurmalıdır". 24News.ge xəbər verir ki, bu barədə parlament önündə davam edən "Evə- Avropaya" aksiyasının təşkilatçılarından biri Şota Diğmelaşvili deyib. Onun sözlərinə görə, Gürcüstan hökumətinə "Bidzina İvanişvili hökumətini devirmək" üçün bir həftə vaxt verilir və mitinqin təşkilatçıları iyulun 3-dək Gürcüstanın regionlarına yola düşəcək, bundan sonra Tbilisiyə qayıdacaqlar. Bildirilib ki, iyulun 3-də aksiyaçılar yenidən parlamentin binası qarşısında toplaşacaqlar və tələblər yerinə yetirilməyənə qədər ərazini tərk etməyəcəklər. Qeyd edək ki, baş tutan genişmiqyaslı mitinqdə sıravi vətəndaşlarla yanaşı, vətəndaş cəmiyyəti və müxalifət partiyalarının nümayəndələri də iştirak ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989