Haqqımızda Reklam
23 
Iyn
2022
23:06
26
7
2105

Prezident Avropa Şurasının Gürcüstanla bağlı qərarına münasibət bildirdi

Ölkə prezidenti Salome Zurabişvili Avropa Şurasının Gürcüstanın namizəd ölkə statusu ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib. 24News.ge xəbər verir ki, bu barədə prezident şəxsi "Twitter" hesabı vasitəsilə paylaşım edib. O bildirib ki, bu günkü qərardan sonra Gürcüstan status almaq üçün ciddi çalışmalıdır: "Tarixi gün. Gürcüstanın Avropa perspektivi tanındı, indi biz qarşıdakı aylarda namizəd ölkə statusu almaq üçün kəskin şəkildə işləməyə hazırıq", - deyə prezident qeyd edib. Xatırladaq ki, Avropa Şurası Moldova və Ukraynaya İttifaqa üzvlüyə namizəd ölkə statusu verməklə bağlı qərar qəbul edib. Gürcüstan isə hazırkı mərhələdə belə bir status ala bilməyib. Ölkənin Avropa İttifaqına üzvlüyə namizəd ölkə status almaq üçün qarşıdakı aylarda bir sıra öhdəlikləri yerinə yetirməli olduğuna diqqət çəkilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989