Haqqımızda Reklam
23 
Iyn
2022
15:10
11
15
1932

Gürcüstana reqular tipli benzinin gətirildiyi əsas ölkə...

Neft İdxalçıları İttifaqının rəhbəri Vano Mtvralaşvilinin sözlərinə görə, hazırda Gürcüstana reqular tipli benzin əsasən Rusiyadan idxal olunur. 24News.ge xəbər verir ki, bu barədə V. Mtvralaşvili jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, indiki reallıqda Gürcüstana idxal olunan reqular benzinin 90%-i Rusiyadan gətirilir ki, bunun da əsas səbəbi qiymətin aşağı olmasıdır: “Bu gün gürcü neft idxalçıları reqular yanacağı Rusiyadan endirimlə alırlar. Buna görə də Rusiyadan yanacaq idxalı artıb və hazırda reqular növ benzin idxalının 90%-i Rusiyadan gətirilir. Ancaq Rusiya yanacağının üstünlük təşkil edə bilmədiyi digər benzin növləri üçün vəziyyət fərqlidir. Ümumi məlumatları və müxtəlif yanacaq növlərinin idxalını birləşdirsək, ölkəyə gətirilən yanacaqda Rusiyanın ümumi payı 28-29% təşkil edir", - deyə Mtvralaşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989