Haqqımızda Reklam
14 
Avq
2019
16:45
0
3
702

Tayson narkotik becərdi, Makqreqor təriflədi — "Ondan istifadə etmək mənim üçün şərəf idi"

Dünya şöhrətli boksçu Mayk Tayson narkotikə hər ay qırx min dollar xərclədiyini etiraf edib. 24News.ge xarici medialara istinadən xəbər verir ki, Tayson köməkçisi Eben Brittondan marixuanaya ayda nə qədər vəsait xərcləməsi ilə maraqlanıb.Köməkçi isə cavabında 40 min dollar xərclədiyini deyib. Qeyd edək ki, 2018-ci ilin dekabrında Mayk Tayson Kaliforniyada marixuana becərmək üçün 16 hektarlıq sahə əldə edib. Boksçu deyib ki, məqsədi təkcə marixuana becərmək deyil, eyni zamanda onun emalı üçün zavod açmaqdır. Məşhur idmançının becərdiyi marixuanadan irlandiyalı döyüşçü Konor Makqreqor da istifadə edib. “ Sən Ko Kush ərazisində becərdiyin marixuana həqiqətən də ən yaxşıdır. Ondan istifadə etmək mənim üçün şərəf idi”-K.Markqreqor deyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989