Haqqımızda Reklam
14 
Avq
2019
16:38
1
0
536

Nino Burcanadze: "Tbilisi itkisini 10 dəfə az göstərib"

Gürcüstan hökumətinin turizm sektorunda maliyyə itkiləri ilə bağlı açıqladığı rəqəm 10 dəfədən çox azaldılıb. 24News.ge xəbər verir ki, bunu NSN televiziyasında çıxışı zamanı Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze deyib. “Mənim fikrimcə, 60 milyonluq rəqəm azaldılmış göstəricidir. Bütün ekspertlər zərərin 10 dəfədən çox - təxminən 700 milyon dollar olacağını deyirdilər. Bunun haqqında çoxları danışırdı”, - deyə o bildirib. Qeyd edək ki, bundan öncə Baş nazir Mamuka Baxtadze turizm sektoruna 60 milyon dollar ziyan dəydiyini açıqlamışdı.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989