Haqqımızda Reklam
14 
Avq
2019
16:35
0
3
729

İran nüvə sazişi ilə bağlı öhdəliklərini daha da ixtisar etmək niyyətindədir

"İran hökuməti nüvə sazişinin başqa iştirakçı ölkələr tərəfindən əməl olunması ilə bağlı vəziyyət dəyişməsə, öz öhdəliklərini ixtisar etmək istiqamətində üçüncü addım atmağa hazırdır". 24News.ge Report-a istinadla xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani bildirib. “Öhdəliklərimizi yerinə yetirməyi ixtisar etməyimizə gəlincə, bu məsələdə mövqeyimiz əvvəlki kimidir. Təyin etdiyimiz 60 günlük müddət ərzində nəticə olmasa, mütləq üçüncü mərhələyə keçəcəyik”, – İran prezidentinin rəsmi saytında yerləşdirilən bəyanatda qeyd olunur. Bəyanatda bundan sonra məsələnin həllinin tapılması üçün İranın daha 60 günlük müddət təyin edəcəyi də göstərilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989