Haqqımızda Reklam
14 
Avq
2019
15:10
10
0
608

"İnkişaf və Təhsil Mərkəzi" ilə "Gürcüstanın Lider Mediası" arasında memorandum imzalanıb (FOTO)

14 avqust tarixində "İnkişaf və Təhsil Mərkəzi" ilə "Gürcüstanın Lider Mediası" təşkilatları arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən təşkilatlar "Gürcüstanın Lider Mediası"nın nəzdində fəaliyyət göstərən 24News.ge xəbər portalının bazasında, yeniyetmə və gənclərin maarifləndirlməsi, məlumatlandırlması, təhsili, milli mədəniyyətin və incəsənətin təbliği, sağlam həyat tərzi və s. haqda verilişlərin hazırlanmasında əməkdaşlıq edəcəklər. Memorandum imzalandığı gündən qüvvəyə minir. Sənədlər "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru Emin Əhmədov və "Gürcüstanın Lider Mediayası"nın rəhbəri Azər Məmmədov tərəfindən imzalanıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989