Haqqımızda Reklam
14 
Avq
2019
15:48
3
0
572

Abxaziya müharibəsinin başlamasından 27 il ötür

Gürcüstanın Abxaziya bölgəsində qanlı müharibənin başlamasından 27 il ötür. 24News.ge məlumat verir ki, 1992-ci ilin bu günü başlayan müharibənin əsas mərhələsi 13 ay və 13 gün davam edib və 27 sentyabr tarixində Suxuminin itirilməsiylə nəticələndi. Qarşıdurmalar nəticəsində ümumilikdə 10 min nəfərədək insan həlak oldu. Münaqişə bölgəsindən 300 min nəfərdək vətəndaş məcburi köç etmək məcburiyyətində qaldı. Hal-hazırda Gürcüstanın Abxaziya bölgəsi Rusiya Federasiyasının açıq dəstəyi sayəsində separatçı qüvvələrin nəzarəti altındadır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989