Haqqımızda Reklam
14 
Avq
2019
15:27
0
2
464

Xarici işlər Nazirliyi bəyanat yaydı — Rusiya işğala davam edir

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya işğalından narahatçılığını bəyan edir. 24News.ge Xarici Işlər Nazirliyi ruslar tərəfindən Ququtiantqar kəndi yaxınlığında "sərhəd bərkitmə" əməliyyatlarının aparıldığından narahatlığını bəyan edib. Xarici İşlər Nazirliyi Beynəlxalq İctimayyətə müraciət edərək, qeyd edilən məsələ haqqında ölçü götürməyə səsləyib. "Gürcüstan tərəfi Beynəlxalq İctimaiyyətə; Avropa İttifaqının müşahidə missiyası və Tbilisidəki akreditasiya olunmuş diplomatik missiyalarla intensiv əməkdaşlığını davam etdirir",- deyə Nazirliyin bəyanatında bildirilib Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına müraciət edərək, Gürcüstana qarşı yönələn qanunsuz fəaliyyətin dayandırılmasına və Beynəlxalq öhdəlikləri yerinə yetirməyə səsləyir. Qeyd edək ki, işğalçıların fəlaiyyəti nəticəsində Qori Bəlidiyyəsinin Ququtiantqar kəndinin ərazisinin bir qismi, həmçinin bir yaşayış evi onların nəzarətinə keçib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989