Haqqımızda Reklam
14 
Avq
2019
15:09
3
0
381

İqtisadiyyat naziri: Önümüzdəki günlərdə şad xəbər eşidəcəksiniz

"Önümüzdəki günlərdə 'Ryanair' haqqında şad xəbər eşidəcəksiniz". 24News.ge xəbər verir ki, bunu İqtisadiyyat və Damalı İnkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, ucuz hava yolu olan "Ryanair" şirkəti ilə danışıqlar son mərhələyə keçib. "Yaxın günlərdə bizdən şad xəbər eşidəcəksiniz lakin əvvəlcədən hadisələrin önünə keçmək istəmirəm",-dedi N.Turnava Məlumat üçün qeyd edək ki, "Ryanair" dünyaca məşhur ucuz qiymətə sərnişin daşıyan bir hava yolu şirkətidir. İrlandiyada yerləşən "Ryanair" və ya başqa sözlə İrlandiya şirkəti dünyanın ən sıx uçuş gərçəkləştirən aviaşirkətlərindən biridir. İldə 120 milyondan çox sərnişin daşıyan "Ryanair", gündəlik olaraq 1800-dən çox planlı uçuş həyata keçirir. Şirkət, Avropanın ən əhəmiyyətli sərnişin daşımaları şirkətlərindən biri sayılır və 86 fərqli marşrutlara malikdir və aşağı qiymətli aparıcı aviaşirkətlərdən biridir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989