Haqqımızda Reklam
14 
Avq
2019
12:54
0
1
390

Mamuka Baxtadze: "Gürcülərlə abxazların ortaq kökləri var və gələcəyimiz də ortaq olmalıdır"

"Gürcülər və abxazların ortaq kökləri mövcuddu və gələcəyimiz də birgə paylaşmalıyıq". 24News.ge xəbər verir ki, bu sözləri Baş nazir Mamuka Baxtadze Bakurianidə jurnalistlərə müsahibəsində söyləyib. Hökumət başçısı Abxaziyada müharibənin başlanmasının 27-ci ildönümünə cavab olaraq deyib ki, 14 avqust Gürcüstanın yaxın tarixində çətin və eləcədə hər bir vətəndaş üçün ağır bir gündür: "Bu gün 14 avqust, növbəti tariximizdə çətin bir gündür, şiddətli ağrı və təbii ki, hər bir Gürcüstan vətəndaşı bu ağrı ilə yaşayır. Biz, gürcülər və abxazların ortaq kökləri var və bu əsasda gələcəyimizi ortaq qılmalıdı. Bu ağrıları aradan qaldırmaq üçün birlikdə çalışmalıyıq. Bu qarışıqlıq müharibəsi, ümumi bir ağrı idi və birlikdə bu çətinliklərin öhdəsindən gəlməliyik". M.Baxtadze əlavə edib ki, əminəm ki, sülh və inkişaf yolu ilə şübhəsiz ki, ölkəmizin sülh yolu ilə birləşməsinə və çiçəklənən ortaq bir ölkənin yaradılmasına nail olacağıq. Sülh və inkişaf üçün alternativ yoxdur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989