Haqqımızda Reklam
14 
Avq
2019
11:57
3
0
509

Kvemo-Kartlidə narkotik satan şəxslər saxlanılıb (VİDEO)

Kvemo-Kartli bölgəsində iki narkotik alverçisi saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, aparılan araşdırmalar zamanı saxlanılan şəxslərin sistemli şəkildə narkotik maddələrin satışı ilə məşğul olması müəyyən edilib. “Kvemo-Kartli polisinin həyata keçirdiyi operativ əməliyyatlar nəticəsində əvvəllər də məhkumluğu olan 2 narkotik alverçisi saxlanılıb. Araşdırmalar zamanı onların sistemli şəkildə narkotik maddələrin satışı ilə məşğul olduqları müəyyən edilib. Polis sübut olaraq onların satdığı narkotik maddələri ələ keçirib.”, - deyə bildirilib

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989