Haqqımızda Reklam
14 
Avq
2019
11:35
1
0
411

ABŞ-da təyyarəyə “MacBook Pro” notbuklarını keçirmək qadağan edildi

ABŞ aviasiya idarəsi (FAA) “Apple” şirkətinin istehsalı olan “MacBook Pro” notbuklarının təyyarə ilə daşınmasına qadağa qoyub. 24News.ge xəbər verir ki, qadağa 2015-ci ilin sentyabrından 2017-ci ilin fevralına kimi satılmış kompyuterlərə şamil ediləcək. İyunda “Apple” bu notbukların geri çağırılması haqqında bəyanat verib. Şirkətin mütəxəssisləri 15-düymlük “MacBook Pro”larda nöqsan aşkar ediblər: notbukun batareyası qızdığından yanğın təhlükəsi yaranır. FAA bundan xəbərdar olaraq qadağa qoyduğunu açıqlayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989