Haqqımızda Reklam
14 
Avq
2019
10:43
18
0
4575

Məhərrəm ayı nə vaxt başlayır?

Bu il üçün Məhərrəm ayının başlanacağı tarix məlum olub. 24News.ge məlumat verir ki, Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf edəcək. Məhərrəm ayının 9-cu günü (9 sentyabr) Tasua günü adlandırılır həmin gün Marneulidə və ətraf rayonlarda Hz. İmam Hüseyn üçün izdihamlı yürüyüşlər təşkil olunacaq. Məhərrəm ayının 10-cu günü yəni Aşura isə sentyabrın 10-na təsadüf edir. Qeyd edək ki, Məhərrəm tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib, fəqət hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989