Haqqımızda Reklam
19 
May
2022
15:03
22
7
3021

17 il axtarışda olan Kvemo Kartlinin keçmiş qubernatoru Gürcüstana qayıdıb

Şevardnadze hökumətinin Kvemo Kartli üzrə keçmiş qubernatoru olan, 2006-cı ildə 17 il müddətinə azadlıqdan məhrum edilən və İnterpolun qırmızı sirkulyasiyası ilə axtarışa verilən Levan Mamaladze Gürcüstana qayıdıb. 24News.ge xəbər verir ki, bu barədə mərkəzi medialar məlumat yayıb. Məlumata əsasən, illərdir Rusiyada sığınan L. Mamaladze bir neçə ay əvvəl çıxarılan amnistiya əsasında məsuliyyətdən azad edilib və buna görə də Gürcüstana rahat şəkildə daxil ola bilib. L. Mamalade Tbilisinin Ədliyyə Evində medialara verdiyi müsahibəsində siyasətə qayıtmağı düşünmədiyini deyib: "Vətənə qayıtdım, 19 il əvvəl buna qərar vermişdim, amma haqsızlıq olduğu üçün geri dönə bilmirdim. Amnistiya qərarı Gürcüstan parlamenti tərəfindən verilib, “Gürcü arzusu” tərəfindən deyil. Planlara gəlincə, qohumlarımı görməyə gəlmişəm, Gürcüstanda 81 yaşlı anam var. Mən siyasətə gəlməyə hazırlaşmıram, uzun müddətdir siyasətdə olmuşam, mühüm vəzifələrdə çalışmışam", - deyə Mamaladze TV Pirveli kanalına müsahibəsində bildirib. Xatırladaq ki, Levan Mamaladze "Vahid Milli Hərəkat" partiyası hakimiyyətə gəldikdən sonra Gürcüstanı tərk edib. O, xüsusilə külli miqdarda rüşvət tələb etməkdə ittiham edilib və 2006-cı ildə 17 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl 2003-cü il parlament seçkiləri zamanı prezident Eduard Şevardnadzenin komandasında olan Levan Mamaladze Kvemo Kartlidə seçkiləri saxtalaşdırmaqda ittiham olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989