Haqqımızda Reklam
14 
Avq
2019
05:39
5
1
1051

Oliqarx Mamuka Xazaradze İvanişviliyə qarşı hərəkatın adını açıqladı

Yalnız azad, gənc insanların ittifaqı güclü ölkə yarada bilər. 24News.ge xəbər verir ki, bu sözləri öz Facebook səhifəsində “TBC Bank”ın təsisçisi Mamuka Xazaradze deyib. O özünün yeni hərəkatını sentyabrda yaradacağını və “Layiqli Gürcüstan üçün” adlanacağını bildirib: “Əgər güclü Gürcüstan qurmaq istəyiriksə, xalqa öz ləyaqətini qaytarmalıyıq". Bu, Georgi Çkondidelinin sözləridir və biz məhz xalqın ləyaqətini geri qaytarmaqdan başlamalıyıq”. Qeyd edək ki, Xazaradze bundan öncə Bidzina İvanişvilinin müttəfiqi olsa da, sonradan İvanişvili ona qarşı təzyiqləri gücləndirib. Nəticədə Xazaradzeyə qarşı cinayət işi açılıb və onun ölkəni tərk etməsi qadağan edilib. Xazaradze bunun ardınca bəyanat yayaraq, İvanişviliyə qarşı mübarizə üçün yeni hərəkat yaradacağını açıqlayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989