Haqqımızda Reklam
16 
May
2022
18:08
18
3
1571

Pensionerlərin kredit faizləri yarıya endirilir...

Pensionerlərin götürdükləri kreditlərin faizləri 30%-dən 15%-ə endirilir. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın əmək, səhiyyə və sosial məsələlər naziri Zurab Azaraşvili hökumətin bu günkü iclasında bildirib. Onun sözlərinə görə, təqaüdçülərə verilən kreditlər yenidən maliyyələşdirmə dərəcəsi ilə əlaqələndiriləcək: “Bu gün təqaüdçülərimiz üçün elan edilmiş tender sona çatdı və tenderin qalibi illərdir pensiyaçılara xidmət göstərən Liberty Bank olub. Onların müvafiq təcrübə və infrastrukturu var. Burada ən vacibi odur ki, təqaüdçülərə verilən kreditlər yenidən maliyyələşdirmə dərəcəsi ilə əlaqələndiriləcək və maksimum 15% təşkil edəcək ki, bu da bu günə qədər olan 30%-i əvəz edəcək", - deyə Azaraşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989