Haqqımızda Reklam
16 
May
2022
18:00
23
7
2815

Baş nazir yanacağın qiymətinin aşağı salınması üçün nazirlərə göstəriş verib

Baş nazir İrakli Qaribaşvili İqtisadiyyat və Maliyyə nazirlərinə Milli Rəqabət Agentliyi ilə birlikdə yanacağın qiymətinin aşağı salınması məqsədi ilə bazardakı şirkətlərlə görüşməyi tapşırıb. 24News.ge xəbər verir ki, baş nazir bu barədə hökumətin bu günkü iclasında bildirib. Onun sözlərinə görə, Rəqabət Agentliyi yanacağın qiymətləri ilə bağlı yanvar-aprel aylarının monitorinq hesabatını artıq yekunlaşdırıb: "Bildiyiniz kimi, mənim göstərişimlə Rəqabət Agentliyi yanacağın qiymətləri ilə bağlı yanvar-aprel aralıq monitorinq hesabatını artıq yekunlaşdırıb və bu hesabat artıq keçən həftə təqdim olunub. Ona görə də indi mən istəyirəm ki, iqtisadiyyat naziri cənab Levan və maliyyə naziri cənab Laşa bu gün Rəqabət Agentliyi ilə birlikdə Yanacaq Bazarı şirkətləri ilə görüşsünlər və onlarla monitorinq hesabatının nəticələrini müzakirə etsinlər", - deyə baş nazir bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989