Haqqımızda Reklam
16 
May
2022
14:30
18
8
971

Gürcüstan tərəfi “Avroviziya” təşkilatçılarına etirazını bildirib

Gürcüstan “Avroviziya - 2022” mahnı müsabiqəsinin təşkilatçılarına etirazını bildirib. 24News.ge xəbər verir ki, bu barədə Birinci kanal məlumat yayıb. Etiraza səbəb Gürcüstanın milli münsiflər heyətinin Ukraynanın xeyrinə səsverməsinin nəticələrinin dəyişdirilməsidir. Məlumat üçün bildirək ki, Gürcüstanın milli münsiflər heyəti Ukrayna təmsilçisinə 12 xal verib. Lakin müsabiqə təşkilatçıları efirdə 6 rəqəmini səsləndiriblər, 12 bal isə Böyük Britaniyaya verilib. EBU-dan bildirilib ki, Gürcüstan da daxil olmaqla 6 ölkənin səsverməsi ilə bağlı düzgün olmayan sxemlər müəyyən edilib və bu səbəbdən milli münsiflər heyətlərinin səsverməsinin nəticələri şübhəli kimi tanınıb. (report)

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989