Haqqımızda Reklam
13 
Avq
2019
18:20
0
1
351

Qırğız Respublikasının keçmiş prezidenti dövlət çevrilişi və qətldə ittiham olunur

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevə qarşı dövlət çevirilişi hazırlamaq ittihamı irəli sürülüb. 24News.ge Report-a istinadən xəbər verir ki, bunu Qırğız Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin başçısı Orozbek Opumbayev bildirib. “Açıq şəkildə bəyan edirəm, Atambayevə qan lazım idi. Ona hakimiyyət çevirilişi etmək üçün qan lazım idi”, - deyə o vurğulayıb. Komitə başçısı Atambayevi xüsusi təyinatlılara atəş açmaqda ittiham edib: “İstintaqın bunları araşdıracağına əminəm”. Baş Prokurorluğun Axtarış-əməliyyat fəaliyyəti və təhqiqatlara nəzarət üzrə idarəsinin rəisi Zamir Beyşekeyev avqustun 13-də keçirilən mətbuat konfransında bildirib ki, Almazbek Atambayev qətldə və başqa ağır cinayətlərdə ittiham olunur. Qırğız Respublikasının qanunlarına əsasən, keçmiş prezident bu maddələr üzrə ömürlük azadlıqdan məhrum edilə bilər. Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Qarşıdurma nəticəsində azı 136 nəfər yaralanıb, 1 nəfər ölüb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989