Haqqımızda Reklam
16 
May
2022
11:48
12
15
511

Ukrayna tərəfindən açıqlama: “Rusiya qoşunları İzyum istiqamətində güclü hücuma hazırlaşır"

“Rusiya qoşunları İzyum istiqamətində çox şaxəli hücuma hazırlaşır. Rusiya aviasiyası şərq əməliyyat zonasında mülki və hərbi infrastruktura və Ukraynanın dərinliklərindəki sənaye obyektlərinə zərbələr endirib”. 24News.ge xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumatda bildirilib ki, Mariupolda Rusiya qoşunları kütləvi artilleriya və hava zərbələrini davam etdirir. Qeyd olunub ki, qarşı tərəfin əsas səyləri “Azovstal” ərazisindəki Ukrayna müdafiə qüvvələrini məğlub etməyə yönəlib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989