Haqqımızda Reklam
16 
May
2022
11:41
18
7
714

"Mtavari Arxi" kanalının direktor müavini dedi: "Biz əvvəlkindən daha çox mübarizə aparacağıq"

"Kanalın təsisçisi və baş direktoru Nika Qvaramiyanı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edən bugünkü məhkəmə qərarı bizi təəccübləndirmədi". 24News.ge xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində "Mtavari Arxi" kanalının direktor müavini Giorgi Qabunia deyib. Eyni zamanda, Giorgi Qabunianın sözlərinə görə, telekanal fəaliyyətini davam etdirəcək: “İlk növbədə onu deyim ki, təəssüf ki, bizim məhkəmənin bu qərarı gözlənilməz olmadı. Bu gün yenidən təsdiq olundu və göründü ki, bizim dövlətimiz yoxdur. Təəssüf ki, ölkəmiz sadəcə olaraq qorxudulmuş, təhqir olunmuş, azad olmayan insanların məskunlaşdığı bir yerə çevrilmişdir və biz onlarla təsadüfən bir yerdə yaşayırıq. Nə dil, nə torpaq, nə din, təəssüf ki, artıq millətimizi, ölkəmizi birləşdirən nişanə deyil. Görürük ki, nə vətənimiz var, nə dilimiz var, çünkü düzgün yazıb-oxumağı bacarmırıq, bu dili yalnız belə qərarlar vermək üçün istifadə edirik. Biz əvvəlkindən daha çox mübarizə aparmağa davam edirik, çünki indi bizim azadlıq uğrunda sona qədər mübarizə aparmaq üçün daha bir çox böyük səbəbimiz var", - deyə Giorgi Qabunia bildirib. O, həmçinin qeyd edib ki, telekanalın ölkədəki mövcud iqdisadi problemlərdən qaynaqlanan maliyyə problemləri var.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989