Haqqımızda Reklam
16 
May
2022
11:17
14
4
1420

Tbilisi aeroportunda Afrikadan gətirilən 12 kiloqrama yaxın marixuana aşkarlanıb (VİDEO)

Tbilisi Hava Limanında Cənubi Afrikadan Gürcüstana gətirilən əcnəbi şəxsdə 11 kq 700 qram marixuana aşkar olunub. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, qanunsuz olaraq yol çantasının gizli saxlanc yerində marixuananı ölkəyə gətirmək istəyən şəxs hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı, Cinayət Məcəlləsinin 262 və 273-cü maddələri ilə cinayət işi açılıb, saxlanılan xarici vətəndaşı 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989