Haqqımızda Reklam
16 
May
2022
10:48
6
29
1562

"Mtavari Arxi" telekanalının rəhbəri Nika Qvaramiya azadlıqdan məhrum edilib

Müxalif telekanal kimi tanınan “Mtavari arxi” televiziya kanalının təsisçisi və direktoru Nika Qvaramiya azadlıqdan məhrum edilib. 24News.ge xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə o, 3 il 6 ay müddətinə həbs edilib. Nika Qvaramiya ilə birlikdə təqsirli bilinən Rustavi 2-nin keçmiş maliyyə direktoru Kaxa Dameniya isə 50 min lari cərimələnib, “İnter Media Plus”ın direktoru Zurab İaşvili isə günahsız hesab edilib. Qeyd edək ki, Nika Qvaramiya məhkəmədən öncə verdiyi müsahibədə günahsız olduğunu deyib və ona qarşı açılan cinayət işinin siyasi olduğunu vurğulayıb. Xatırladaq ki, 2020-ci il sentyabrın 6-da Baş Prokurorluq “Rustavi 2” işi üzrə Nika Qvaramiya, o cümlədən Rustavi 2-nin keçmiş maliyyə direktoru Kaxa Dameniya və “İnter Media Plus”ın direktoru Zurab İaşviliyə qarşı ittiham irəli sürüb. Nika Qvaramiya “Rustavi 2”yə ​​məxsus külli miqdarda mülkiyyət hüququnu mənimsəməkdə, kommersiya rüşvətində və rəsmi sənədləri saxtalaşdırmaqda, ilkin razılaşma ilə qrup tərəfindən qanunsuz gəlirləri leqallaşdırmaqda ittiham edilib. Məlumat üçün bildirək ki, Jurnalist 2019-cu ilin iyulunda telekanalın sahibi dəyişəndən sonra baş direktor vəzifəsindən istefa verib, avqustunda “Mtavari arxi” telekanalını təsis edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989