Haqqımızda Reklam
16 
May
2022
08:32
21
2
764

Çavuşoğlu: “Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, lakin..."

“Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşıdır və Türkiyə NATO-nun açıq qapı siyasətini dəstəkləyir”. 24News.ge xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Türkiyə NATO-nun diplomatik departamentlərinin rəhbərlərinin görüşündə Finlandiya və İsveçin PKK terror təşkilatı ilə əlaqələrilə bağlı narahatlığını tərəfdaşlarının diqqətinə çatdırıb: "Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşı çıxır. Finlandiya və İsveç müdafiə sənayesi məhsullarının Türkiyəyə ixracını məhdudlaşdırmağa davam edir", - deyə Çavuşoğlu bildirib. Qeyd edək ki, İsveçin xarici işlər naziri Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO xarici işlər nazirlərinin Berlində qeyri-rəsmi toplantısı çərçivəsində danışıqlar aparıb və şimal ölkələrinin alyansa daxil olma ehtimalını müzakirə ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989