Haqqımızda Reklam
13 
Avq
2019
17:44
2
0
672

NATO qırıcısı Şoyqunun təyyarəsinə yaxınlaşdı: Rusiya “Su-27”ləri hərəkətə keçdi

NATO-nun “F-18” qırıcı təyyarəsi Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa çalışıb. 24News.ge xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Baltik dənizinin neytral suları üzərində baş verib. Bununla belə, Rusiyaya məxsus “Su-27” qırıcıları NATO təyyarəsini uzaqlaşdırıb. S.Şoyqunun olduğu təyyarə Kalininqraddan Moskvaya uçurmuş. Onu Baltik donanmasının dəniz aviasiyasının iki ədəd “Su-27” qırıcısı müşayiət edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989