Haqqımızda Reklam
13 
Avq
2019
17:18
0
2
568

Nazirlik genişmiqyaslı cinayətkar şəbəkə ifşa edib - Tam 100 milyon...

Gürcüstanda vergidən yayınma və qanunsuz gəlirlərin leqallaşdırılması ilə bağlı genişmiqyaslı cinayətkar şəbəkə ifşa olunub. 24News.ge xəbər verir ki, bu barədə  Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib. Xidmət dövlət büdcəsinə 100 mln. lari həcmində zərərin vurulmasının qarşısını alıb. Doqquz cinayət işi üzrə 53 şəxslə bağlı istintaqa başlanılıb. Həmin şəxslərdən 38-i saxlanılıb. Onların əksəriyyəti müxtəlif şirkətlərin direktor və təsisçiləri, bəziləri isə şirkətlərin menecerləridir. Təqsirləndirilən şəxslər qanunsuz əməliyyatları Gürcüstanın müxtəlif bölgələrində sahib olduqları şirkətlər vasitəsilə həyata keçiriblər. Günahları sübuta yetiriləcəyi təqdirdə həmin şəxsləri 9 ildən 12 ilədək həbs cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989