Haqqımızda Reklam
13 
Avq
2019
12:44
1
3
518

Baş nazirdən müxalifətə ağır sözlər — Hamsı məsuliyyətsiz rəqiblərimizin nağıllarıdır

"Bəzi məsuliyyətsiz rəqiblərimiz bizi ("Gürcü Arzusu"nu) 2020-ci ildə keçiriləcək Parlament seçkilərinin nəticələrinə təsir etməmiz üçün formal partiyalar yaratmaqda ittiham edirlər. Bunların hamsı bizim bəzi məsuliyyətsiz rəqiblərimizin uydurduqları yalan və nağıldır". 24News.ge xəbər verir ki, bunu Baş nazir Mamuka Baxtadze deyib. Onun sözlərinə görə, seçkilərdə tətbiq ediləcək 0%-lik bariyer koalisiya hökümətinin yarana biləcəyi ehtimalını gücləndirir. Buna isə Gürcüstan vətəndaşları seçkilərdə qərar verəcəklər. Jurnalistlərin "Müxalifət partiyaları ilə əməkdaşlıq edəcəksinizmi" sualına, burada heç bir təqsir yoxdur deyən Baş nazir: "Biz ölkəmizin xarici kursunu dəstəkləyən partiyalarla əməkdaşlıq edəcəyik. Bizim partiyamızın prioriteti NATO və Avropa İttifaqına üzv olmaqdır".

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989