Haqqımızda Reklam
25 
Yan
2022
18:35
59
12
1966

Saakaşvilidən açıqlama: "Rusiya Ukraynadan sonra Gürcüstana hərbi plan hazırlayır"

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili son zamanlar Ukrayna ətrafında yaşanan böhrana münasibət bildirib. 24News.ge xəbər verir sabiq prezident Rusiyanın Ukrayna ilə yanaşı Gürcüstana da hücum edəcəyi ehtimalından danışıb. Onun sözlərinə görə, Rusiyanın artıq belə bir planı var: "Mənim məlumatıma görə, Rusiya Ukraynaya qarşı genişmiqyaslı plan həyata keçirərsə, həmin günlərdə Anakliyanı (Gürcüstanın dənizkənarı ərazisini) tutmaq və Sameqrelo-Zemo Svaneti bölgəsində daha dərin hərbi reydlər planlaşdırır. Həmçinin bu fəaliyyəti Poti limanında da etmək niyyətindədir. Bu yolla Rusiya qərb üçün bizim limanlarımızdan istifadəni və gələcəkdə Anakliya/Lazika limanının inşasını məhdudlaşdırmağı planlayır", - deyə Saakaşvili qeyd edib. Sabiq prezidentin sözlərinə görə, ola bilər ki, Gürcüstan hakimiyyəti bu barədə ümumiyyətlə məlumatsız olsun, ancaq nə qədər sakit dayansalar da Rusiya öz planladığını etməyə çalışacaq. Saakaşvili əlavə edib ki, Rusiya 2009-cu ildə də bu planı həyata keçirmək istəyib, lakin həmin dövrdə ABŞ dövlət katibi vəzifəsini icra edən Co-Baydenin müdaxiləsi nəticəsində bu plan baş tutmayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989