Haqqımızda Reklam
25 
Yan
2022
15:20
28
9
1060

Almaniyanın Gürcüstandakı səfiri Marneuliyə səfər edib (FOTO)

25 yanvar tarixində Almaniyanın Gürcüstandakı səfiri Hubert Knirş Marneuliyə səfər edib. 24News.ge xəbər verir ki, səfir Knirş Marneuli meri Kənan Ömərovla görüşüb. Tanışlıq xarakterli görüşdə, Marneuli Bələdiyyəsində həyata keçirilən infrastruktur layihələri, dual təhsil, Avropa Birliyi ölkələri ilə bağlanmış "Azad Ticarət Sazişi", yerli kənd təsərrüfatı məhsullarının ixracı məsələləri müzakirə olunub. Səfir həmçinin, "Tea House"ni də ziyarət edib və burada olan kurslarla yaxından tanış olub. Almaniya səfirinin Marneulidə yerləşən İcma Mərkəzlərinin nümayəndələri ilə görüşəcəyi də bildirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989